..Loading..

Məhsullarımız

Hesabat Paketi

Atexa Group MMC - nin  Yazılım Komandası tərəfindən emal olunan Hesabat Paketi Satış Dağıtım bazarında boyuk pay sahibi olan firmalarda istifadə olunan ən vacib hesabatları özündə cəmləyir.Mikro Proqramının butun versiyaları ilə inteqrasiya calışır.Hesabat Paketinə günün tələblərinə uyğun yeni hesabatlar daimi əlavə olunur və istifadə olunan bütün firmalarımız yeni versiya ilə ödənişsiz təmin olunur. Asağıdakı formalarda Hesabat Paketində mövcud olan bir neçə hesabat formalarını sizlərə təqdim edirik.

1.Hesabat Paketində  Kub Hesabatı adlandırılan bölmədə olan hesabatların hər biri pivot formada çalışır.Ekranda görmüş olduğunuz bütün buttonlara (Mal Material,Cari Hesab,Təmsilçi,Bölgə Mudiri,Material Qrupları,Ilkin Borc qalığı,Satış,Endirim,Hədiyyə,Qaytarma, Kassa,Bank,Son Qalıq və.s)görə hesabatlari istənilən formada və istənilən qruplamalar üzrə əldə etmək olar.

Kub Hesabatlarında istifadəçilər eyni ilə Microsoft Excell də olduğu kimi kalonlar uzrə sərbəst formullar verib yeni kalonlar əlavə edə bilər.

2.Kassa Hesabatları Bölməsi varki bu bölmədən Cari Hesablar,Təmsilçilər,Bölgə Mudirləri,Sektorlar üzrə həm günlük həm aylıq həm də müqayisəli formada pivot  Satış,Qaytarma,Kassa Mədaxil və Bank Hesabına köçürmələr kimi məlumatları qisa zamanda bir düymə ilə əldə etmək olar.

3.Hesabat Paketində əlavə olaraq Diaqram formasında hesabatlar var ki,bu hesabatlarıda Təmsilçilər,Bölgə Müdirləri,Sektorlar üzrə müqayisəli formada əldə edib və analiz edə bilərsiniz.

4.Bildiyiniz kimi Firma və Sahibkar ücün ən vacib məqamlardan biri ərazidə passiv formada qalmış borc qalıqlarının geri qaytarılmasıdır.Bu vəasitlərin  geri qaytarılması hər zaman Firmaya  böyük vaxt itkisi və problemlər hesabına başa gəlir.

 

Öncədən prosesləri izləyib analiz edib risklərin qarşısını almaq üçün Borc Yaşlandırma Hesabatı ən öndə gələn hesabatlardan biridir. Aşağıdakı formada sizlərə Borc Yaşlandırma hesabatının görünüşünü təqdim edirik.Burada Cari Hesablar,Təmsilçilər,Bölgə Müdirləri, Sektorlar üzrə verilən tarix üzrə qalıq borcu,borcun formalaşma intervalını,son ödəniş tarixi,son satış tarixi kimi məlumatları əldə edə bilərsiniz.