..Loading..

Haqqımızda

Haqqımızda

ATEXA GROUP müştərilərinin ehtiyaclarına uyğun ən müasir və effektiv biznes həlləri təqdim edən, onların strateji partnyoru və konsultantı olaraq uzunmüddətli əməkdaşlığı davam etdirən bir sistem inteqratorudur. Təşkilat və firmalara proqram sahəsində həllər təqdim etməklə 2005-ci ildə fəaliyyətə başlamışdır. Azərbaycanda bütün sektorlarda güclü sərmayə hərəkətləri və sürətli inkişaf müşahidə edilməkdədir. Bu infrastruktur sərmayələri e-Business, ERP sistemlərinin tətbiq olunması zərurətini yaratmışdır. ATEXA GROUP Müştəri ehtiyaclarını beynəlxalq çapda qəbul edərək şirkət dəyərini və məhsuldarlığını artıran effektiv sistem və bizness həllərinin inteqrasiyasını həyata keçirmişdir. ATEXA GROUP, təməl olaraq ERP tətbiqləri, CRM, E-həllər, Sektorial İş Tətbiqləri, Proqram İnkişaf etdirmə, Məsləhətçilik, Təhsil, Dəstək kimi mövzularda, fərqli sahələrdə fəaliyyət göstərən firmalarda əməkdaşlığını davam etməkdədir. Şirkət olaraq əsas məqsədimiz gördüyümüz iş ortaqlığı ilə müştərilərimizlə uzun müdətli və güclü əlaqələr qurmaqdır. Yeni texnologiyaları təqdim etmək, birlikdə sabahlara addım atmaq və Azərbaycanda hər vaxt seçilən, öndər sistem inteqratoru olmaq bizim hədəfimizdir. Ehtiyaclar əsasında özəl proqram tərtibi mövzusunda, maliyyə, telekom, satış və paylama firmaları üçün müxtəlif özəl layihələr reallaşdıran ATEXA GROUP, öz təcrübəli proqramçı qrupu ilə beynəlxalq çaplı proqram təminatı şirkətlərinin strateji əməkdaşına çevrilmişdir. ATEXA GROUP xüsusilə ən çətin sahələrdən sayılan, satış və dağıtım sektorunda tələb olunan əl terminalları və isti satış sistemləri istiqamətində, Rusiya, Türkiyə və dünyanın qabaqcıl firma və şirkətlər ilə ortaq layihələrin həyata keçirilməsi ilə, yerli şirkətlərə beynalxalq standartları müvəffəqiyyətlə inteqrasiya etmişdir. Dünyanın müxtəlif nöqtəsində fəaliyyət göstərən strateji əməkdaşlarımız istənilən an IT məsləhətçiliyi, Network, Sistem Rəhbərliyi, Layihədən sonrakı Texniki dəstək kimi xidmətləri yerində, telefon əlaqəsi və ya internet bağlantısı ilə ən yüksək səviyyədə ala bilirlər.